ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə “çox yaxşı söhbət” etdiyini bildirib.
“Mənim İsrailin Baş naziri Netanyahu ilə söhbətim oldu və bu söhbət çox yaxşı keçdi”, — deyə Ağ Ev rəhbəri yazıb.
Tramp qeyd edib ki, İranla razılaşma böyük ölçüdə razılaşdırılıb. Amerikalı liderin sözlərinə görə, yekun detallar yaxın vaxtlarda elan olunacaq.
Bir gün əvvəl Tramp Axios nəşrinə bildirib ki, böyük ehtimalla mayın 24-dək İranla hərbi münaqişəni yenidən başlayıb-başlamamaq barədə qərar qəbul edəcək.

