ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail ilə Livan arasında atəşkəs daha üç həftə uzadılacaq. O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, qərar Vaşinqtonda iki ölkənin səfirləri arasında keçirilən növbəti məsləhətləşmələrdən sonra qəbul olunub.
“İsrail ilə Livan arasında atəşkəs daha üç həftə uzadılacaq.”
Tramp əlavə edib ki, yaxın vaxtlarda Ağ Evdə görüş keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Vaşinqtona İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Cozef Aunun səfəri mümkündür.

