Fransada “Milli Birlik” parlament fraksiyasının lideri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
O, bu barədə TF1 telekanalının efirində danışıb. Le Pen bildirib ki, partiya toplantısından sonra prezident seçkilərinə qatılmaq qərarı verib.
“Mən prezident seçkilərində iştirak edəcəyəm”, - deyə o bildirib.
Qeyd olunur ki, iyulun 7-də məhkəmə onun namizəd olmaq hüququna qoyulan qadağanın müddətini azaldıb.
Bundan əvvəl Paris Apellyasiya Məhkəməsi Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilmişdi. Qərara əsasən, o, bir il elektron nəzarət qolbağı daşımalı, cəzanın daha iki ili isə şərti xarakter daşımalıdır.
Le Penin sözlərinə görə, bu məhdudiyyət onun ənənəvi seçki təşviqatı aparmasına mane olacaq.

