Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Sammitdə 17 ölkənin liderinin, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı gözlənilir.
Görüş zamanı beynəlxalq və regional gündəliyin aktual məsələləri, ŞƏT-in gələcək inkişaf istiqamətləri, eləcə də siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ekoloji, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Sammitin yekununda təşkilatın 25 illiyinə həsr olunmuş bəyannamənin, bir sıra sənəd və qərarların, eləcə də dövlət başçılarının tematik bəyanatlarının qəbul edilməsi nəzərdə tutulur.
ŞƏT Dövlət Başçıları Şurasının iclası sentyabrın 1-də Bişkekdə keçiriləcək. Sammitlə əlaqədar tədbirlər avqustun 31-dən başlayacaq.

