Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qurumun rəhbəri Ceyhun Bayramovun sədrliyi ilə kollegiyanın geniş tərkibli iclası keçirilib.
İclasda XİN-in rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq nazirliyin 2025-ci ildəki fəaliyyətinin yekunları, 2026-cı il üçün əsas prioritetlər, ikili və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də iqtisadi, iqlim və humanitar diplomatiyanın istiqamətləri müzakirə olunub. Həmçinin postmünaqişə dövründə diplomatik fəaliyyət və xaricdə Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məsələlərinə toxunulub.
İclasın yekununda müvafiq tapşırıqlar verilib.

