Avropa İttifaqında (Aİ) Azərbaycan və onun xalqının sülhə gedən yolda daha effektiv şəkildə necə dəstəklənə biləcəyi müzakirə olunur.
Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
Onun sözlərinə görə, Aİ sülh prosesində tərəflərin aparıcı roluna tam hörmətlə yanaşır, eyni zamanda hər iki dövlətə praktiki dəstək göstərməyə hazırdır.
Qrono mina təmizləmə sahəsində əməkdaşlığa xüsusi diqqət çəkib. O bildirib ki, bu istiqamətdə görülən işlər insanların öz evlərinə təhlükəsiz şəkildə qayıtması üçün şərait yaradır.
Aİ-nin xüsusi nümayəndəsi davamlı sülhün təmin edilməsi üçün münaqişədən qalan problemlərin də həllinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələlər sırasında mədəni və tarixi irsin qorunması da yer alır.

