Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilk dəfə Azərbaycanın azad edilmiş ərazilərinə səfər edib.
O, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə birlikdə diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil olunan iki günlük səfərində iştirak edir.
Nümayəndə heyətinin tərkibinə 58 ölkə və 9 beynəlxalq təşkilatdan təxminən 150 nümayəndə daxildir.
Səfər proqramına Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər daxildir.

