Rusiya ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya gətirəcəyi istənilən materialı müzakirə etməyə hazırdır.
DenMedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Uitkoffun bu səfəri ilk deyil və Moskva artıq bütün əsas məlumatları prezidentin köməkçisi və Kremlin mətbuat katibi vasitəsilə alıb.
“Nə gətirəcəksə, onunla işləyəcəyik”, — deyə Ryabkov bildirib.
Rusiya tərəfi gözləyir ki, ABŞ nümayəndəsi Ukrayna üzrə Vaşinqtonun yenilənmiş sülh planının son versiyasını təqdim etsin.

