“BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək, yeniləri yaranacaq”.
Bu fikirləri Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı Azərbaycanın işğal dövrü və əldə etdiyi tarixi Qələbə barədə də danışıb.
“İşğalın mahiyyətini və xarakterini, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsini tam anlamaq üçün qonaqlarımız Zəfər Parkını, Zəfər Muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər”, – deyə Prezident vurğulayıb.

