Sumqayıt şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-illiyi qeyd olunub.
Den.TV xəbər verir ki, əvvəlcə Sumqayıt şəhər İcra Hakimiyyətinin baçısı Zakir Fərəcov , Milli Məclisin deputatları , hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Keçirilən tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib. Azərbayacanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli Lider ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfəri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin baçsı Zakir Fərəcov geniş məruzə ilə çıxış edib. Şəhər rəhbəri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb.O, bildirib ki, Sumqayıtın inkişafı və şəhər kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçib.
Qeyd olunub ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycanın inkişafının təməl prinsiplərinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Zakir Fərəcov vurğulayıb ki, istər müstəqillik dövründə, istərsə də Sovet hakimiyyəti illərində Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınır, dəstəklənir.
Zakir Fərəcov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi ölkəmizdə böyük ehtiramla qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri əvəzolunmazdır.Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.
Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub və Sumqayıt Cənubi Qafqazın ikinci sənaye mərkəzinə çevrilib.
Daha sonra Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, YAP Gənclər birliyinin sədr müavini,Gənclərin Regional Karyera mərkəzinin rəhbəri Sevicn Qasımova, Vətən müharibəsi qazisi , ehtiyatda olan polkovnik leytenant Ehtiram Məmmədov çıxış ediblər.
Sumqayıtda Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunub-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.