Abşeron-Xızı Regional təhsil idarəsinin tabeliyində olan təhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir.
"Den.az" xəbər verir ki, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçirilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sözü gedən təhsil müəssisəsinin rəhbəri Nuranə Vəliyeva, tarix müəllimləri Cahid İmanov, İmaməli Quliyev və Könül Adıgözəlova çıxış edərək bildirdilər ki, bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Azərbaycanın hər yerində təntənəli şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyevin uşaqları sonsuz məhəbbətlə sevən lider olduğunu və Azərbaycanda uşaq siyasətinin əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildiriblər. Azərbaycanın gənc vətəndaşlarının mükəmməl təhsil, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olduğunu qeyd ediblər. Uşaqların himayədarı olan Ulu Öndərin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Müəllimlər həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru apardığını söyləyərək, Heydər Əliyevin Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü misilsiz işlər barədə məktəblilərə məlumat veriblər. Açıq dərsdə Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib, videomateriallar nümayiş olunub.
Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açıq dərs təşkil olunub-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.