13 
dek
2023
20:11
286

Sumqayıtda Ümumilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı "Tarixin uca zirvəsi" adlı tədbir keçirilib-FOTO-VİDEO

13 dek, 2023
20:11
286

Sumqayıtda Ümumilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı "Tarixin uca zirvəsi" adlı tədbir keçirilib-FOTO-VİDEO

Sumqayıt şəhərində Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi möhtəşəm şəkildə qeyd edilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və təhsil işçilərinin iştirakı ilə keçirilən yekun tədbirdə əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Dövlət himni səsləndirilib,Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  çıxış edərək bildirib ki, 2023-cü il Azərbaycan üçün mühüm tarixi hadisələrin ildönümü ilə əlamətdardır. Bu il həm də Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur. İcra Hakimiyyəti başçısı vurğulayıb ki, bu ilin ən mühüm əlamətdar hadisəsi isə heç şübhəsiz xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyidir. 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan olunduğunu xatırladan icra başçısı, Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olan bu qərarın bütün cəmiyyətin minnətdarlığı ilə qarşılandığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir. Biz yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşuq. 
Zakir Fərəcov vurğuladı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin başladığı işi onun siyasi və dövlətçilik məktəbini keçmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Böyük insan Heydər Əliyev cismən aramızda olmasa da, onun arzuları reallığa çevrildi, həyata keçdi. Sumqayıt şəhərinin sənayesi dirçəlməyə başladı, yeni-yeni istehsal qurğularının yaradılmasına nail olundu. Sumqayıtlılar ulu öndərin bu şəhərin inkişafındakı xidmətlərini qədərincə qiymətləndirirlər. Xalqımızın böyük oğluna məhəbbətlərini yüksək səviyyədə nümayiş etdirirlər. Bu böyük insanın Sumqayıtla bağlı arzuları hazırda ardıcıl həyata keçirilməkdədir. Şəhər İcra Hakimiyyətinin başçısı təhsil işçilərinə gələcək işlərində uğurlar arzuladı.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.


Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək Ümumilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bir il ərzində tabeliyində olan bütün təhsil müəssisələrində keçirilən tədbirlərdən ətraflı bəs etdi. O, həmçinin dahi şəxsiyyətinin ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərə də nəzər saldı. Bildirdi ki, Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, dövlətimiz qarşısında xidmətləri və fədakarlıqları daha dərindən dərk edirik. Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarının məhz Ümummilli Liderimiz olduğunu önə çəkən İlhamə Abdullayeva qürurla yaşadığımız müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu dedi. Qeyd etdi ki, Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Qarşıda bizi gözləyən daha böyük yüksəlişə də Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə gedirik. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar