10 
may
2024
12:28
970

Sumqayıt şəhərində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi qeyd edilib-FOTO/ VİDEO

10 may, 2024
12:28
970

Sumqayıt şəhərində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi qeyd edilib-FOTO/ VİDEO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi münasibətilə Sumqayıtda ümumşəhər tədbiri keçirilib. 
 
“Den.az” xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də şəhər ictimayəti iştirak ediblər.
 
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
 
Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və yaradıcılığından bəs edən film nümayiş olunub. Dahi Liderin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib və bildirilib ki, Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb. Daha sonra Heydər Əliyev parkında ağac əkilib.
 
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Ümumilli lider Heydər Əliyevin xalqımıza göstərdiyi birbaşa qayğı nəticəsində ölkədə nikbinlik dövrü başladı. Zakir Fərəcov bildirib ki,Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.O, Azərbaycanın müasir tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Nizami Rəsulov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar