Aktrisa Ancelina Coli yenidən üz sinirinin iflici ilə üzləşə bilər. Bu barədə Super.ru məlumat yayıb.
Pərəstişkarlar qeyd ediblər ki, aktrisa üzünün sol tərəfini saçları ilə örtməyə başlayıb. Bundan əlavə, sosial şəbəkə istifadəçilərinin müzakirələrinə görə, onun mimikası dəyişib və gözləri fərqli görünür.
Məlumdur ki, Ancelina Coli bu xəstəliklə daha əvvəl də qarşılaşıb. Həmin vaxt problem güclü stress və qanda şəkərin dəyişməsi fonunda yaranmışdı.

Bundan əvvəl isə aktrisanın keçmiş həyat yoldaşı Bred Pitt ilə davam edən məhkəmə çəkişmələri səbəbindən sağlamlıq problemləri yaşadığı bildirilmişdi. Bu səbəbdən onun övladları anaya 24 saatlıq qayğı təşkil edib.
Uşaqları — Meddoks, Paks, Zahara, Şaylo və əkizlər Noks və Vivyen növbə ilə aktrisanın yanında olaraq ona mənəvi və fiziki dəstək göstərir.
Eyni zamanda bildirilir ki, Bred Pitt övladlığa götürdüyü böyük uşaqları Paks və Meddoks ilə münasibətləri bərpa etmək cəhdlərindən tam imtina edib və onlarla ünsiyyəti dayandırıb.

