Dünyaşöhrətli aktrisa Ancelina Coli gənc yaşlarında Nyu-Yorkda aldığı evini oğluna hədiyyə etdiyini və onun həmin evdə tək yaşadığını açıqlayıb.
“Den.az” xəbər verir ki, 49 yaşlı aktirsa bununla bağlı “The New York Times” qəzetinə danışıb.
Hansı oğlunun həmin evdə yaşadığını açıqlamayan Coli, digər beş uşağının da tez-tez bu evdə qaldığını bildirib:
“Keçən dəfə ona baş çəkəcəyimi söylədim və dedi ki, mənə evi təmizləmək üçün bir gün vaxt verə bilərsən? Bəli, onun anası üçün evi yığışdırması xoşuma gəldi, amma evin nə qədər pis halda olduğunu da düşündüm”.
Ancelina Coli, həmçinin qeyd edib ki, onun ən böyük arzusu şəhər həyatını geridə qoyub Kambocaya köçməkdir:
“Böyük bir ailəniz olduqda, onların məxfilik, sülh və təhlükəsizliyə malik olmasını istəyirsiniz. İndi uşaqlarımı böyütmək üçün evim var, amma bəzən dünyanın başqa yerlərində gördüyüm insanlıq mənim böyüdüyüm yerdən çox fərqlidir. Kambocada daha çox vaxt keçirəcəyəm. Dünyanın harasında olsalar da, ailə üzvlərimi ziyarət edəcəyəm”.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2014-cü ildə evlənib. Cütlük 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar. Onların nikahı 2019-cu ildə rəsmi olaraq ləğv edilib. Cütlüyün Maddoks, Paks, Zahara, Şilo, həmçinin Knoks və Vivyen adlı əkiz uşaqları var.






