People nəşrinin məlumatına görə, aktyor Bred Pitt uzun müddətdən sonra sevgilisi İnes de Ramonla birlikdə Yunanıstanda paparassilərin obyektivinə tuş gəlib.
62 yaşlı Pitt ağ bomer gödəkçə, boz sviter, cins şalvar və beysbolka geyinib. İnes de Ramon isə qara dəri gödəkçə və bej şalvarda görüntülənib, çiynində çanta olub.
Cütlük yaxın zamanda Venesiya Film Festivalı çərçivəsində keçirilən “Tənha canavarlar” filminin premyerasında da birlikdə iştirak edib. Tədbirdə İnes de Ramon ağ, bədənə yapışan maksi libas, iri sırğalar və qızılı klatç ilə diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri onun stilini Pittin keçmiş həyat yoldaşı Ancelina Coli ilə müqayisə ediblər.

Bundan əvvəl isə İnes de Ramonun Ancelina Coli ilə görüşmək istədiyi barədə məlumat yayılmışdı. Bildirilir ki, o, aktrisanın mövqeyini dinləmək və məsələlərin həllinə kömək etmək niyyətindədir.

