Angelina Jolie və Bred Pitt-in oğlu 24 yaşlı Maddox, ikiqat soyadını Jolie-Pitt-dən imtina edib.
People nəşrinin məlumatına görə, o, rəsmi olaraq yalnız anasının soyadını – Jolieni istifadə etməyə başlayıb.
Maddoks anasının baş rolda çəkildiyi “Couture” filmində rejissor assistenti kimi çalışıb. Filmin titrlərində onun adı Maddoks Jolie kimi göstərilib. Eyni ad təqdimat materiallarında və 2025-ci ilin sentyabrında Toronto Beynəlxalq Film Festivalı çərçivəsində yayılan press-relizlərdə də yer alıb.
Halbuki, 2024-cü ildə çəkilmiş “Maria” filmində o, hələ Jolie-Pitt soyadı ilə qeyd olunmuşdu.
Keçmiş cütlüyün ümumilikdə altı övladı var: Maddoks, Paks, Zaxara, Şaylo və əkizlər Noks və Vivyen. Maddoks soyaddan imtina edən sonuncu övlad olub.
Beləliklə, artıq cütlüyün bütün uşaqları əvvəllər valideynlərini birləşdirən ikiqat soyaddan istifadə etmir.

