Hollivud aktrisası Nicol Kidman Nyu-Yorkdakı Metropoliten Muzeyində keçirilən ənənəvi xeyriyyə balı Met Gala-da 660 min dollarlıq üzüyü ilə diqqət çəkib. Bu barədə “Daily Mail” məlumat yayıb.
Nicol Kidman tədbirdə payet və lələklərlə bəzədilmiş qırmızı “Chanel” maksi libası ilə fotoqraflar qarşısına çıxıb. Aktrisa həmçinin eyni brendə məxsus mavi və qırmızı qiymətli daşlarla bəzədilmiş iri üzük taxıb. Jurnalistlərin məlumatına görə, zinət əşyasının dəyəri 660 min dollar təşkil edir.
Aktrisanın obrazını iri sırğalar tamamlayıb. O, qırmızı xalçaya xüsusi saç düzümü və axşam makiyajı ilə çıxıb.


