Aktyorlar Zendaya və Tom Holland gizli evlilik xəbərlərindən sonra uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar. Bu barədə Daily Mail məlumat yayıb.
Paparatçilər cütlüyü martın 20-də Los-Ancelesdə dostları ilə şam yeməyinə gedərkən görüntüləyib. Onlar əl-ələ görüntüləniblər.
Zendaya ictimaiyyət qarşısına qara bədənə oturan kofta, ağ uzun ətək və balet ayaqqabısı ilə çıxıb. Tom Holland isə zolaqlı futbolka, geniş cins şalvar, krossovka və kepka geyinib.
Martın 10-da Zendaya qızıl nişan üzüyünü nümayiş etdirib. O, yeni üzüyü Paris Moda Həftəsi çərçivəsində keçirilən Louis Vuitton şousunda göstərib. Aktrisa ağ köynək, asimmetrik ətək və qara hündürdaban ayaqqabı ilə fotokameralar qarşısına keçib.
Bundan əvvəl, martın 2-də aktrisanın keçmiş stilisti Lou Roç Actor Awards 2026 mərasiminin qırmızı xalçasında Zendayanın Tom Hollandla gizli şəkildə evləndiyini açıqlamışdı.

