Milyarder Jeff Bezosun həyat yoldaşı, jurnalist Lauren Sançes Parisdəki görünüşünə görə tənqid olunub. Bu barədə Daily Mail yazır.
56 yaşlı Lauren Sançes ictimaiyyət qarşısına Versace brendinin 2004-cü il kolleksiyasına aid qırmızı-ağ tvit kostyum ilə çıxıb. Onun obrazını Jimmy Choo ağ ayaqqabıları və Schiaparelli çantası tamamlayıb. Saçları yüksək at quyruğu formasında yığılan Sançesə yüngül makiyaj edilib.
Lakin sosial şəbəkə istifadəçiləri jurnalistin görünüşünü bəyənməyib və bunu açıq şəkildə ifadə ediblər. Şərhlərdə belə fikirlər yer alıb:
“Nə geyinsə də, ucuz və zövqsüz görünmək kimi bir qabiliyyəti var”
“Təəssüf ki, zövqü Amazon-dan almaq olmur”
Bahalı brendlər də tənqiddən xilas etmədi
Qeyd olunur ki, ötən həftə paparatsilər Lauren Sançesi və Jeff Bezosa Aspen şəhərində görüntüləyiblər. Sançes bu dəfə Christian Dior brendinin 2000-ci ilin payız kolleksiyasından, dizayner Con Qalyanoya məxsus tünd qırmızı palto geyinib. O, obrazını qara şalvar, botilyon ayaqqabılar və şlyapa ilə tamamlayıb.

Jurnalistin əlində isə təxminən 50 min dollar dəyərində, timsah dərisindən hazırlanmış Hermès Kelly çantası olub.
Doğum günü dəbdəbəsi də diqqət çəkdi
Dekabrın 19-da Lauren Sançesin 56 yaşı tamam olub. O, ad günü münasibətilə ziyafət təşkil edib və tədbirə Gecə üçün Sançes qara top və mini yubkadan ibarət dəst seçib.

