Dünyaca məşhur müğənni Keti Perri Azərbaycanda keçiriləcək 10-cu Bakı Qran-Prisi çərçivəsində səhnəyə çıxacağını sosial media hesabında elan edib.
Perrinin bu paylaşımına türkiyəli aktrisa Afra Saraçoğludan zarafatla yazılmış şərh gəlib.
Saraçoğlu Keti Perrinin konsert paylaşımına belə yazıb:
İstanbula gəl, yoxsa səni bloklayacağam.
Qeyd edək ki, Keti Perri daha əvvəl Afra Saraçoğlunun fan hesabında yayımlanan və öz mahnısının sözləri yer alan fotonu bəyənmişdi.


