Amerikalı aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib. Bu barədə aktrisanın sevgilisi Roy Ernandesə istinadən TMZ məlumat yayıb.
Ernandesin sözlərinə görə, iyunun əvvəlində Çeyz Los-Ancelesdəki xəstəxanalardan birinə ağır halsızlıq səbəbindən yerləşdirilib. Aktrisa 16 iyunda dünyasını dəyişib.
Məlumata görə, onun ölümünə meningit və qan infeksiyası səbəb olub. Bu vəziyyət sonradan ağırlaşmalara gətirib çıxarıb.
Deyvi Çeyz hələ uşaq yaşlarında məşhurlaşıb. O, 2002-ci ildə çəkilən “Zəng” filmində Samara Morqan obrazını canlandırıb. Bu obraz 2000-ci illərin ən yaddaqalan qorxu filmi personajlarından biri hesab olunur.
Aktrisa həmin rola görə MTV Movie Award mükafatını “Ən yaxşı cani” nominasiyasında qazanıb.
Elə həmin il Çeyz Disney-in “Lilo və Stiç” cizgi filmində baş qəhrəmanı səsləndirib və daha sonra eyni obrazı teleserialda da davam etdirib.

