Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında dünyasını dəyişib.
Aktrisa dünya şöhrətini Moskva göz yaşlarına inanmır filmində canlandırdığı baş rola görə qazanmışdı. Sözügedən ekran əsəri 1981-ci ildə “Ən yaxşı xarici dildə film” nominasiyasında Oskar mükafatına layiq görülmüşdü.
Vera Alentova həmçinin Sabah müharibə başlayırdı, eləcə də Şirli-Mırli kimi filmlərdəki rolları ilə də tamaşaçıların yaddaşında qalıb.
Onun ölümü Rusiya və postsovet məkanında kino ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.

