Yaponiyalı yazıçı və "Zəng" qorxu romanının müəllifi Koji Suzuki vəfat edib. Bu barədə Nippon Television məlumat yayıb.
Yazıçının 68 yaşı var idi. Məlumata görə, o, mayın 8-də Tokiodakı xəstəxanalardan birində dünyasını dəyişib. Digər detallar açıqlanmayıb.
Sudzukinin debüt romanı “Cənnət” 1990-cı ildə Yaponiyada fentezi romanları müsabiqəsinin ali mükafatına layiq görülüb. 1991-ci ildə isə onun ən məşhur əsəri olan “Zəng” romanı nəşr olunub.

Roman sonradan həm Yaponiyada, həm də ölkə xaricində ekranlaşdırılıb və böyük uğur qazanaraq kult qorxu franşizasının başlanğıcını qoyub. Əsərin süjetində qəhrəmanlar sirli videoya baxdıqdan sonra telefon zəngi alır və bir həftə sonra ölürdülər.
Qeyd edək ki, 2020-ci ilin sentyabrında 1998-ci ildə çəkilmiş “Zəng” qorxu filmində rol alan yapon aktrisa Yuko Takeuçi də vəfat etmişdi. Onun 40 yaşı var idi. Hüquq-mühafizə orqanları ölümün ehtimal olunan səbəbi kimi şəxsi faciə versiyasını nəzərdən keçirirdilər.

