Türkiyəli aktyor Mustafa Başalan vəfat edib.
“Çukur” və “Diriliş Ertuğrul” kimi məşhur seriallarda rol alan aktyorun ölüm xəbərini Film-San Vəqfi yayıb.
Vəqfin açıqlamasında bildirilib: “Aktyor dostumuz Mustafa Başalanı keçirdiyi ani infarkt səbəbindən itirdik. Ailəsinə və sevənlərinə səbir diləyirik”.

52 yaşlı aktyor həmçinin “Siyah Kalp”, “Sahipsizler” və “Arka Sokaklar” kimi ekran işlərində də rol almışdı.

