Şotlandiyalı aktyor Donald Douglas 92 yaşında vəfat edib. Bu barədə The Independent məlumat yayıb. Aktyor qısa sürən xəstəlikdən sonra hospitala yerləşdirildiyi Fransanın Albi şəhərindəki xəstəxanada dünyasını dəyişib. Onun 14 yanvarda vəfat etdiyi ailəsi tərəfindən təsdiqlənib.
Donald Douglas geniş tamaşaçı kütləsinə Bridget Jones’s Diary filmində cənab Darsinin atası rolu ilə tanınıb. O, 50 ildən artıq kino və televiziya sahəsində fəaliyyət göstərib və 90-dan çox layihədə rol alıb.
Aktyorun film və serial portfelində The Crown, Poirot, Doctor Who, The Avengers, Sherlock Holmes kimi Böyük Britaniyanın əsas ekran layihələri də yer alır.
Donald Douglas Britaniya televiziya və kino tarixində sabit, klassik və çoxşaxəli aktyor kimi xatırlanır.

