Tanınmış aktyor Halit Ergenç bu dəfə aktyorluğu ilə deyil, babasından qalan mirasla gündəmə gəlib.
Son olaraq “Kral Kaybederse” serialında canlandırdığı Kenan Baran obrazı ilə tamaşaçıların qarşısına çıxan Ergenç son dövrlər kommersiya yatırımları ilə də diqqət çəkir. İstanbul və London arasında yaşayan aktyor bu dəfə ailə mirası ilə bağlı xəbərlərlə gündəmdədir.

Akif Yamanın məlumatına görə, Halit Ergenç babasından qalan torpaq sahəsini qardaşları və əmisiuşaqları ilə birlikdə miras olaraq qəbul edib.
Sözügedən ərazidə yaşayış kompleksi layihəsinin planlaşdırıldığı bildirilir. Lakin iddiaya görə, Ergenç bu layihə ilə bağlı fərqli istək irəli sürüb.

Məlumata əsasən, aktyor ona ayrılacaq hissədə ənənəvi memarlığı əks etdirən Safranbolu malikanəsi tikilməsini istəyib.
Ergençin bu seçimi miras torpaq sahəsi ilə bağlı ən diqqətçəkən detallardan biri olub.

