90-cı illərin məşhur “Dawson’s Creek” serialında Doson Liri obrazı ilə geniş tamaşaçı rəğbəti qazanan aktyor Ceyms Van Der Biik 48 yaşında dünyasını dəyişib.
Denmedia.az xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı həyat yoldaşı Kimberli Van Der Biik açıqlayıb. Bildirilib ki, aktyor səhər saatlarında sakit şəkildə dünyasını dəyişib. Ailə açıqlamada qeyd edib ki, o, ömrünün son günlərini cəsarət, iman və ləyaqətlə qarşılayıb və bu çətin dönəmdə ictimaiyyətdən anlayış və məxfilik istəyib.
Qeyd edək ki, Ceyms Van Der Biik uzun müddət üçüncü mərhələ yoğun bağırsaq (kolorektal) xərçəngi ilə mübarizə aparırdı. O, 2024-cü ilin noyabrında xəstəliyi barədə ictimaiyyətə məlumat vermişdi.
Aktyor karyerası ərzində “Varsity Blues” və “The Rules of Attraction” filmlərində də rol alıb.

