Aktrisalıq fəaliyyətini dayandırdıqdan sonra Umuda Koşanlar Dərnəyindəki fəaliyyəti ilə ön plana çıxan Gamze Özçelik 2024-cü ildə Bosniya əsilli avstraliyalı aktyor Reshad Strik ilə ailə qurmuşdu.
Gözlərdən uzaq evlilik həyatı yaşayan cütlük bu dəfə birlikdə yer aldıqları reklam çəkilişi ilə gündəmə gəlib.
Gamze Özçelik və Reshad Strik reklam layihəsi çərçivəsində birlikdə kamera qarşısına keçiblər. Çəkilişdən fotoları sosial şəbəkə hesabında paylaşan Strik paylaşımına “Sadəcə həyat yoldaşımı xəyali tətillərə aparıram” qeydini yazıb.
Özçelik də reklam çəkilişinin kameraarxası görüntülərini izləyiciləri ilə bölüşüb. Paylaşımlar qısa müddətdə maraqla qarşılanıb.

Uzun müddətdir aktyorluq layihələrində yer almayan Gamze Özçelikin “Operasyon Alesta” serialı ilə ekranlara qayıtdığı öyrənilib.
Rejissoru Yunus Ozan Korkut olan serialın ssenarisi Onur Böber imzası daşıyır. Layihənin aktyor heyətində Cem Bender, Onur Seyit Yaran, Fırat Çelik, Aslıhan Güner, Ersin Arıcı, Mehmet Bozdoğan, Meltem Akçöl, Aras Şenol, Feriha Eyüboğlu və Kayhan Açıkgöz yer alır.
Gamze Özçelik serialda Afrikada vəzifə yerinə yetirən Zeynep obrazını canlandırır.

