Milli basketbolçu Cedi Osman ilə aktrisa Ebru Şahin 2022-ci ildə Şimali Makedoniyanın Ohrid şəhərində ailə qurmuş, daha sonra Çeşmədə keçirdikləri toy mərasimi ilə evliliklərini qeyd etmişdilər.
Xoşbəxt münasibətləri ilə tez-tez gündəmə gələn cütlük sosial şəbəkə paylaşımları ilə də maraq doğurmağa davam edir.

Gərgin iş qrafikinə qısa fasilə verən Ebru Şahin bu dəfə şəhər həyatından uzaq, təbiətlə iç-içə keçirdiyi anları izləyiciləri ilə bölüşüb.
Aktrisa bağçada ağacdan gavalı topladığı anları sosial şəbəkə hesabında yayımlayıb. Makiyajsız və səmimi görüntüləri ilə diqqət çəkən Şahinin şən halları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Onun paylaşımı qısa müddətdə çoxlu bəyənmə və şərh toplayaraq sosial şəbəkələrdə gündəm olub.

