“Konuşanlar” proqramı ilə geniş pərəstişkar kütləsi qazanan komedyen Hasan Can Kaya şəxsi həyatı ilə gündəmə gəlib.
Bir müddətdir münasibətini gözdən uzaq yaşayan Kaya sevgilisi Duygu Karabaş ilə ailə qurub.
Məlumata görə, ötən mart ayında evlilik qərarı aldığı öyrənilən Hasan Can Kaya uzun müddətdir birlikdə olduğu Duygu Karabaş ilə həyatını birləşdirib.

Qısa müddət əvvəl dil təhsili almaq üçün ABŞ-a gedən məşhur komedyen nikahını da burada gerçəkləşdirib.

36 yaşlı komedyen evlilik xəbərini sosial media hesabında paylaşdığı nikah fotoları ilə elan edib. Hasan Can Kaya paylaşımına:

“Dünən belə bir şey oldu” qeydini əlavə edib.
Hasan Can Kayanın paylaşdığı fotolar qısa müddətdə çoxsaylı bəyənmə və şərh alıb. Pərəstişkarları məşhur komedyeni və həyat yoldaşı Duygu Karabaşı təbrik edərək onlara xoşbəxtlik arzularını çatdırıblar.

Hasan Can Kayanın kostyumu və Duygu Karabaşın gəlinliyi də sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib.


