Aktyor Mert Yazıcıoğlu bir müddətdir münasibətdə olduğu Zeynep Artukmaçla birlikdə İspaniyaya tətilə yollanıb.
ATV-də yayımlanan “Kuruluş Orhan” serialında rol alan aktyor tətil zamanı sevgilisi ilə çəkilən romantik fotoları sosial şəbəkədə paylaşıb. Cütlüyün səmimi görüntüləri qısa müddətdə böyük maraq görüb.

Mert Yazıcıoğlu daha əvvəl jurnalistlərin “Yeni sevginiz xeyirli olsun” sözlərinə “Təşəkkür edirəm” cavabını verərək münasibətini təsdiqləmişdi.
Adətən şəxsi həyatlarını diqqətdən kənarda saxlamağa çalışan cütlük bu dəfə İspaniyanın tarixi küçələrində və dəniz sahilində çəkilən fotoları ilə gündəmə gəlib. Paylaşımlar minlərlə bəyənmə və çoxsaylı müsbət şərh toplayıb.

