Şakira bazar günü Nyu-Cersidə keçirilən FIFA Dünya Kubokunun final matçının fasilə şousunda səhnəyə çıxıb. Məşhur müğənni performansı ilə yanaşı, gənc görünüşü ilə də sosial şəbəkələrdə böyük marağa səbəb olub.
49 yaşlı sənətçi sarı və çəhrayı tonlarda, kəsik detallı səhnə geyimində tamaşaçıların qarşısına çıxıb. Ayaqyalın çıxış edən Şakira rəqqaslar qrupunun müşayiəti ilə məşhur “Dai Dai” mahnısını ifa edib.
Şoudan sonra dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə istifadəçiləri X platformasında müğənninin görünüşü ilə bağlı paylaşımlar ediblər.
İstifadəçilərdən biri belə yazıb:
“Mənə bunu beş yaşlı uşağa izah edirmiş kimi deyə bilərsinizmi? Şakira əslində 49 yaşında olduğu halda niyə 30 yaşında görünür? İnanılmazdır! Nə qocalır, nə də estetik əməliyyat etdirmiş kimi görünür.”

Başqa bir istifadəçi isə müğənninin yaşını internetdə axtardığını və nəticəni görəndə təəccübləndiyini bildirib:
“Neçə yaşı olduğunu "Google"da axtardım. 49 yazıldığını görəndə həqiqətən şoka düşdüm. Halal olsun!”
Digər paylaşımda isə “Şakiranın 49 yaşında olduğuna inanmaqdan imtina edirəm” sözləri yer alıb.

Şakiranın keçmiş futbolçu Jerar Pike ilə münasibətindən Milan və Saşa adlı iki oğlu var. Milanın 13, Saşanın isə 11 yaşı var.
Bu il ilk dəfə təşkil edilən Dünya Kuboku finalının fasilə şousunda Castin Biber, Madonna və BTS də səhnəyə çıxan məşhurlar arasında olublar.

