Türk klassik musiqisinin məşhur simalarından biri, “Diva” ləqəbli Bülent Ersoy estetik əməliyyatdan sonra ilk dəfə səhnəyə çıxıb.
Bu barədə Haberler.com məlumat yayıb.
Müğənni bir müddət əvvəl xəstəxana otağından paylaşdığı foto ilə estetik əməliyyat keçirdiyini açıqlamışdı. Bildirilirdi ki, Ersoyun üzündə “lolita lift”, üzün orta hissəsinin və alın nahiyəsinin gərilməsi əməliyyatları aparılıb.

Uzun illər üzünə heç bir estetik müdaxilə etdirmədiyini deyən sənətçi sosial media paylaşımında bunları yazmışdı:
“Möhtərəm izləyicilərim, biz ulduzların yaşı yoxdur. Amma yaşlanmaq da bir həqiqətdir. İllərdir estetik mənə çox uzaq anlayış idi. Bəlkə inanmayacaqsınız, lakin uzun müddətdir heç botoks belə etdirməmişdim. Özümü həkimimə etibar etdim. Nəticənin uğurunu və sevincini sizinlə bölüşürəm.”
Əməliyyatdan sonra görünüşündən məmnun olduğunu bildirən Bülent Ersoy Ayazağadakı məkanlardan birində səhnəyə çıxıb.

Sevilən mahnılarını ifa edən sənətçi konsert zamanı tamaşaçılarla söhbətləşərək yeni görünüşü barədə soruşub:

“Üzün belə olub, elə olub deyirlər. Necədir, üzümü bəyəndiniz?”
Tamaşaçıların “Bəli” cavabını alan Ersoy onlara təşəkkür edib və gülməyə başlayıb.

