Cennifer Lopezin keçmiş həyat yoldaşı, 57 yaşlı latın musiqi ulduzu Mark Entoni özündən 30 yaş kiçik həyat yoldaşı, model Nadia Ferreira ilə ikinci övladını qucağına alıb.
Cütlük qızları Maylanın dünyaya gəlməsi xəbərini sosial şəbəkədə birgə paylaşım edərək açıqlayıb. Onlar yeni doğulan körpə və üç yaşlı oğulları Markonun da yer aldığı ailə fotolarını izləyiciləri ilə bölüşüblər.
Cütlük ispanca paylaşımında bunları yazıb:
“Əziz Maylamızın dünyaya gəlişini sizinlə paylaşmaq böyük xoşbəxtlikdir. Evimizdəki sevinci təsəvvür belə edə bilməzsiniz, sevincdən uçuruq”.

Bildirilib ki, körpəyə verilən Mayla adı ingilis və slavyan mənşəlidir, “mərhəmətli” və “zərif” mənalarını daşıyır.
Mark Entoni və Nadia Ferreira mart ayında paylaşdıqları fotolarla qız övladı gözlədiklərini açıqlamışdılar.
Cütlük səkkiz aylıq nişanlılıqdan sonra 2023-cü ilin yanvarında Mayamidəki Pérez İncəsənət Muzeyində keçirilən təntənəli mərasimlə evlənib. Toyda Devid Bekhem, Maluma, Salma Hayek və Lin-Manuel Miranda kimi məşhurlar iştirak ediblər.
Mark Entoninin əvvəlki münasibətlərindən altı övladı var. Maylanın doğulması ilə müğənni səkkizinci dəfə ata olub.

Onun Debbi Rosadodan Çeys və Arianna, keçmiş həyat yoldaşı Dayanara Torresdən Kristian və Rayan, Cennifer Lopezlə evliliyindən isə əkizləri Emme və Maks dünyaya gəlib.

