Aktrisa Kameron Dias üçüncü dəfə ana olub, Marie Claire yazır.
Ailəyə yeni üzvün qoşulduğunu onun həyat yoldaşı Benci Madden sosial şəbəkədə açıqlayıb.
Onun sözlərinə görə, cütlüyün oğlu dünyaya gəlib və uşağa Nautas Madden adı verilib.
Biz Kameronla üçüncü övladımız Nautas Maddenin dünyaya gəldiyini elan etdiyimiz üçün çox xoşbəxtik və həyəcanlıyıq. Xoş gəlmisən, oğlumuz! Uşaqlarımız sağlam və xoşbəxtdir, buna görə həyata minnətdarıq və bundan zövq alırıq, — deyə Madden yazıb.
Cütlük uşaqlarını ictimaiyyətdən uzaq tutmağa üstünlük verir, buna görə də yeni doğulan körpənin fotosu paylaşılmayıb. Bunun əvəzinə Benci Madden paylaşımına “One Piece” animəsinə bənzər kartlar əlavə edib və orada uşağın adı izah olunub. Bildirilib ki, “nauta” latın dilindən tərcümədə “dənizçi” deməkdir və naməlumdan qorxmayan, yola çıxan insanı simvolizə edir.

Cütlük 2014-cü ildə tanış olub. Benci Madden rok musiqiçisidir və Good Charlotte və Madden Brothers qruplarının üzvüdür. Onlar 2015-ci ildə Beverli-Hillzdə keçirilən qapalı mərasimlə evləniblər.
Qeyd edək ki, Kameron Dias bir müddətdir karyerasına fasilə verərək ailəsinə fokuslanıb. Cütlük artıq yeddi yaşlı qızları Reddix və iki yaşlı oğulları Kardinalı böyüdür.

