Məşhur müğənni Atiye dördüncü dəfə ana olub və yeni doğulan qızı İmany ilə ilk fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Körpəsinə verdiyi “İmany” adı isə paylaşımın ən çox diqqət çəkən məqamlarından biri olub.
Şəxsi həyatını mümkün qədər gözdən uzaqda saxlamağa üstünlük verən Atiye yeni doğulan qızı ilə çəkilən fotosunu yayımlayıb. Müğənni paylaşımda körpəsinin üzünü də göstərib və foto izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Atiye 2018-ci ildə Erol Sebebci ilə ailə qurub. İmanynin dünyaya gəlməsi ilə müğənni dördüncü dəfə ana olub.




