Məşhur türkiyəli müğənni Gökhan Özen evləndiyini açıqlayıb. Sənətçi həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.
Şəxsi həyatını mediadan uzaq yaşamağa üstünlük verən müğənni bu dəfə də sadə və təmtəraqsız nikaha üstünlük verdiklərini bildirib.
Özen paylaşımında“Təmtəraqdan və dəbdəbədən uzaq”ifadəsini işlədərək evlilik qərarını açıqlayıb.
Müğənninin sürpriz evlilik xəbəri qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib. Onun paylaşımına izləyicilər tərəfindən çoxsaylı təbrik və xoşbəxtlik arzuları yazılıb.

