Son aylarda ilk dəfə ata olmağın sevincini yaşayan Tolga Sarıtaş oğlu Ali ilə yeni fotosunu izləyiciləri ilə bölüşüb.
Balaca Alinin atasına bənzərliyi sosial şəbəkələrdə gündəm olub.
2024-cü ildə Zeynep Mayruk ilə ailə quran və qısa müddət əvvəl ilk övladını qucağına alan Tolga Sarıtaş ailə həyatına dair paylaşımlarına daha birini əlavə edib.
Məşhur aktyor oğlu Ali ilə çəkilən yeni fotosunu sosial şəbəkə hesabında yayımlayaraq izləyicilərinin bəyənisinə təqdim edib.

Daha əvvəl oğlunun üzünü ilk dəfə göstərdiyi paylaşımı ilə diqqət çəkən Sarıtaşın son fotosu da qısa müddətdə böyük maraq doğurub.
İzləyicilər balaca Alinin atasına bənzərliyi ilə bağlı çoxsaylı şərhlər yazıblar. Paylaşım minlərlə bəyənmə toplayıb.
Xoşbəxt evliliklərini oğulları Alinin dünyaya gəlməsi ilə daha da möhkəmləndirən Tolga Sarıtaş və Zeynep Mayruk cütlüyü ailə həyatından etdikləri səmimi paylaşımlarla gündəmdə qalmağa davam edir.
Məşhur aktyorun son paylaşımı da sosial şəbəkələrdə ən çox danışılan fotolardan biri olub.

