“Güllü” adı ilə tanınan sənətçi Gül Tut 26 sentyabr 2025-ci ildə Yalovanın Çınarcık rayonundakı evinin 5-ci mərtəbəsində yerləşən qapalı terrasdan yıxılaraq həyatını itirmişdi.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində sənətçinin qızı Tuğyan Ülkem Gülter həbs olunub.
İstintaq materiallarına daxil edilən yeni görüntülərdə hadisə zamanı evdə olan Sultan Nur Ulunun prokurorluqda verdiyi ifadə zamanı baş verənləri canlandırdığı görünür.

Ulu ifadəsində bildirib ki, Gül Tut hadisə zamanı pəncərənin qarşısında, üzü çölə tərəf dayanıb. Onun iddiasına görə, Tuğyan Ülkem Gülter anasının arxasına keçərək onu ombanın aşağı hissəsindən tutub.
Şahid iddia edib ki, Gülter Gül Tutu özünə və yuxarı doğru çəkdikdən sonra sənətçi pəncərədən aşağı düşüb.
Sultan Nur Ulu prokurorluqda ifadə verərkən bu hərəkətləri yenidən göstərib və həmin canlandırma da qeydə alınıb.
Görüntülərin istintaq materiallarına daxil edilməsi ilə Güllünün ölümü ilə bağlı araşdırmada yeni mərhələ yaranıb.
Denmedia.az

