Jurnalist Cem Küçüklə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Beyaz TV proqramçısı Tahir Sarıkaya həbs olunub.
Türkiyə mediasının məlumatına görə, polis bölməsindəki prosedurlar tamamlandıqdan sonra məhkəməyə göndərilən Sarıkaya prokurorluqda ifadə verib.
Prokurorluq onun “şantaj” ittihamı ilə həbs edilməsini tələb edib və işi sülh cəza hakimliyinə göndərib.
Hakimliyin qərarı ilə Tahir Sarıkaya barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
İş üzrə istintaq və araşdırmaların davam etdiyi bildirilir.

