Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodriguez Venesiya Film Festivalında iştirak etmək üçün İtaliyaya gəlib. Şəhərə çatan kimi tərzi ilə diqqət çəkən Rodriguez dəniz taksisində kameralara poza verib.
Model italyan krujevalı büstyesini qəhvəyi ipək köynəklə tamamlayıb. Lakin onun görünüşündə ən çox diqqət çəkən məqam bahalı aksesuarları olub.
Rodrigezin qolundakı firuzəyi siferblatlı və brilyant detallı saatın qiymətinin təxminən 130 min dollar olduğu bildirilir.

Onun timsah dərisindən hazırlanmış lüks çantasının isə təxminən 200 min dollar dəyərində olduğu qeyd edilir. Beləliklə, təkcə saat və çantanın ümumi dəyəri 330 min dollara çatıb.
Georgina Rodriguezin lüks seçimləri bununla da bitməyib. Barmaqlarındakı iri brilyant üzüklər və boynundakı diqqətçəkən boyunbağı da obrazının əsas detalları arasında yer alıb.
Rodriguez Venesiya Film Festivalı başlamazdan əvvəl dəbdəbəli görünüşü ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Denmedia.az

