51 yaşında vəfat edən aktyor Serhat Kılıçın ölümü sənət dünyasında böyük kədər yaradıb. Aktyorun uzun illər birlikdə olduğu sevgilisi Özlem Esmergül də onun ölümündən sonra sosial şəbəkədə duyğusal paylaşım edib.
Serhat Kılıçla 8 il münasibətdə olan Özlem Esmergül paylaşımında sevgilisinə bağlılığını sözlərlə ifadə edib.
Esmergül yazıb: “Əgər dünyaya bir daha gəlsək, yenə səni tapacağam, yenə sənə aşiq olacağam, yalnız səni sevəcəyəm...”
O, paylaşımının davamında Serhat Kılıca belə müraciət edib: “Gözümün nuru, başımın tacı, içimin yarası, yol yoldaşım, sirdaşım, həyatımın ən böyük eşqi, sevdiyim, ömrüm...”
Özlem Esmergül sözlərini “Mən həyatımda heç vaxt belə sevilməmişdim, heç vaxt belə sevməmişdim” və “Məni həsrətinə məhkum etdin...” ifadələri ilə tamamlayıb.
Denmedia.az

