Məşhur aktyor Serhat Mustafa Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü tapılıb.
Kılıçdan təxminən 1–2 gün ərzində xəbər almaq mümkün olmayıb. Hadisə yerinə gələn əməkdaşların ilkin baxışı zamanı aktyorun bədənində açıq yara aşkarlanmayıb.
Bununla belə, göz ətrafında, qol və ayaqlarında göyərmələrin olduğu müəyyən edilib.
Evdə aparılan araşdırma zamanı narkotik maddənin aşkarlandığı da bildirilir.
Serhat Mustafa Kılıçın ölümü “şübhəli ölüm” kimi qeydə alınıb və hadisənin dəqiq səbəbi araşdırılır.




Denmedia.az

