Yeşilçamın usta aktrisası Perihan Savaş 19 ildir birlikdə yaşadığı Mırnav adlı pişiyinin öldüyünü sosial şəbəkə hesabında açıqlayıb.
Türkiyə mediasının məlumatına görə, sevimli dostunun itkisi aktrisanı dərin kədərə qərq edib. Perihan Savaş emosional paylaşımında belə yazıb:
“Canım Mırnav... 19 il mənə yoldaşlıq etdin. İndi mələk oldun. Səni heç vaxt unutmayacağam.”

Aktrisanın kövrək vida mesajı izləyicilərini də təsirləndirib.

