NOW ekranlarında yayımlanan “Halef: Köklerin Çağrısı” serialı təkcə süjeti ilə deyil, personajların istifadə etdiyi xüsusi detallarla da diqqət çəkir. Serialda Yıldızın boynundan çıxarmadığı “Gözyaşı Kolyesi” ilk mövsümdən izləyicilərin marağına səbəb olub.
Sosial şəbəkələrdə tamaşaçılar tez-tez “Yıldızın boyunbağısını haradan almaq olar?” və “Bu boyunbağı həqiqətən mövcuddurmu?” suallarını veriblər. Böyük maraqdan sonra serial üçün hazırlanmış xüsusi dizayn real məhsula çevrilib.
Boyunbağı serialda sadəcə aksesuar deyil. O, Yıldızın yaşadığı ağrıları və daşıdığı yükü simvolizə edir. Onun mənası serialda belə izah olunur: “Kədərinin və göz yaşlarının yükü daşa axsın... Daş nə qədər böyükdürsə, dərdin də bir o qədər böyükdür. Göz yaşlarını qəlbində deyil, bu daşda daşıyarsan.”

“Halef: Köklerin Çağrısı”nın yaradıcı heyətinin hazırladığı dizayn Banji Design tərəfindən istehsal edilib. Patent və qeydiyyat işləri isə Most Production tərəfindən tamamlanıb.
Boyunbağı 925 əyarlı gümüş üzərinə 18 əyarlı qızıl örtüklə hazırlanır və İran firuzə daşından istifadə olunur. Əl işi olan hər bir boyunbağı istehsal prosesinə görə özünəməxsus görünüşə malikdir.
İlk mövsümdən Yıldız obrazı ilə eyniləşən “Gözyaşı Kolyesi” yeni mövsümdə də serialda görünəcək. Boyunbağının Türkiyə ilə yanaşı xaricdə də satışa çıxarılması planlaşdırılır.
Denmedia.az

