Yapımçılığını Gül Oğuzun üstləndiyi və Most Production imzası daşıyan serialda baş rolları İlhan Şen, Aybüke Pusat və Biran Damla Yılmaz paylaşırlar. Mövsüm finalı ərəfəsində yayımlanan ikinci fraqment sosial mediada geniş rezonans doğurub.
Yeni tanıtımda ən çox müzakirə olunan səhnə Mələyin körpəsi ilə birlikdə Serhat və Yıldızın nikah mərasiminə gələrək toya müdaxilə etməsi olub. Bu hadisə serialın izləyiciləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb, bir çox tamaşaçı isə ssenari ilə bağlı tənqidlərini dilə gətirib.
Kenanın özünü və Yıldızı qaçırmasında Mələyi günahlandıran tərəflər arasında gərginlik getdikcə artır. Köklü hesablaşmaların yaşanacağı bölümdə Mələk anası və atası Nərgiz ilə Hilminin ölümündə məsul olan şəxslərin ədalət qarşısında cavab verməsini istəyir. Bu məsələdə son söz isə gələcəyin xanımağa namizədi kimi görülən Yıldıza buraxılır.

Yıldız sevdikləri ilə ədalət arasında çətin seçim etmək məcburiyyətində qalarkən, onun yaşadığı dəyişimin hər iki konağın tarazlığını sarsıdacağı gözlənilir.
Digər tərəfdən, Kordağlı Konağında atası ilə güc mübarizəsi aparan Aşır oğlundan gələn pis xəbərlə böyük sarsıntı yaşayır. O da həyatına təsir edəcək mühüm bir qərarın astanasına gəlir.
Serhat isə Mələkdən doğulacaq uşağını Akifin aradan qaldırmaq istədiyini öyrəndikdən sonra qəzəbinə hakim ola bilmir. Bu həqiqətlə üzləşən Serhatın qardaşı ilə bağlı verəcəyi qərar Akifin həyatında geri dönüşü çətin nəticələrə səbəb olacaq.

