Müğənni və aktyor Özcan Denizlə 2023-cü ildə ailə quran Samar Dadgar ağır itki ilə üzləşib.
Dadgar sosial media hesabında paylaşım edərək 3 yaşlı bacısı oğlu Liamın həyatını itirdiyini bildirib.

O, yaşadığı böyük kədəri bu sözlərlə ifadə edib:
“Bu səhərə yaxın 3 yaşlı bacım oğlu Liamı itirdik. Zəng edən, maraqlanan və acımızı bölüşən hər kəsə təşəkkür edirəm”.
Samar Dadgar hazırda heç kimlə danışa biləcək vəziyyətdə olmadığını da qeyd edib.
“Ancaq hazırda heç kimlə danışa biləcək durumda deyiləm. Anlayışınız üçün təşəkkür edirəm”, – deyə o bildirib.
Liamın ölüm səbəbi barədə isə hələlik məlumat açıqlanmayıb.


