Türkiyəli müğənni-aktyor Özcan Dənizin ailəsi ilə qalmaqalı davam edir. Sənətçi bu dəfə bacısı Yurda Güləri şantaj etməklə gündəmə gəlib.
Den.az axşam.az-a istinadla xəbər verir ki, ailəsi ilə bütün əlaqələrini kəsən Dəniz əvvəlcə qardaşı, sonra isə bacısı ilə mübahisə etməyə başlayıb. Yurda Gülərin ifaçının həyat yoldaşı Samar Dadqarın ünvanına sərt sözlər deməsi Özcanı özündən çıxardıb.
Özcan paylaşım edərək "Məni dayandırdılar. Siz həmişə ailənin ən hörmətsizi və hiyləgəri olmusunuz. Özün kimi biri ilə birlikdəsən və oğlun üçün dua et. Birlikdə olduğun evli kişi üçün hazırladığım video hələ də qalıb. Daha bir hörmətsizlik gözləyirəm, etsən, yayımlayacağam" sözlərini yazıb. O, bacısının evli kişi ilə münasibətdə olduğunu açıqlayıb.
Özcanın xanımı Samar isə Gülərin "Qardaşımla bizi düşmən etdi. İrandan gəlib, min hiylə ilə ona yaxınlaşıb, məşhur olmaq xəyalını gerçəkləşdirdi" sözlərinə "Sənin səviyyənə düşməyəcəyəm. Sizinlə sizin kimilər məşğul olsun. Sizə vaxtım yoxdur, xoşbəxtliyimlə məşğulam" cavabını verib.
Özcan bacısını hədələdi - "Sevgilin olan evli kişi..."

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.