Yay tətilini Bodrumda davam etdirən Samar Dadgar Gümüşlükdə kameralara tuş gəlib.
“Hürriyet”in məlumatına görə, Dadgar çimərlikdə Özcan Denizin oğlu Kuzeylə vaxt keçirərkən görüntülənib. Onun gün ərzində sahildə qalmasına baxmayaraq, dənizə girmədiyi bildirilib.
Özcan Deniz isə çimərliyə enməyərək günü qaldığı məkanda keçirməyə üstünlük verib.

Cütlüyün sakit Bodrum tətili maqazin gündəminə düşüb. Xüsusilə Samar Dadgarın Kuzeylə keçirdiyi səmimi anlar diqqət çəkib.

